Şirkət haqqında
Yalnız Humana istehlakçılarına uşaq qidalarının istehsalında 60 illik təcrübəyə əsaslanıb, süd və onun emalı haqqında ekspert bilikləri istifadə edərək bütün dünyada tanınan “Alman keyfiyyətli” məhsul təklif edir. Humana təbiətdən ən yaxsını götürüb yalnız lazım olan inqrediyentləri əlavə edir.
Humana qidaları Almaniyanın ən böyük süd məhsullarının istehsalçısı olan DMK GmbH sənaye kompleksidir. Konsern bu sahədə fəaliyyət göstərən Avropa lider-şirkərlərinin TOP- 10 daxildir. DMK Herford şəhərində yerləşir. Məhsul üçün süd şirkətə məxsus fermalardan alınır. Bu fermalar «Almaniyanın yaşıl ürəyi» adlanan Vestfaliya və Türingiyanın ekoloji təmiz ərazilərində yerləşir
Fermerlər şirkətin aksionerləri olaraq nəsildən nəsilə ənənələri qoruyub saxlayırlar, bu da хammalın yüksək keyfiyyətinə zəmanət yaradır.
Humana qidaları üçün süd verən inəklər daima təbii şəraitdə saxlanılır, yalnız təbii, genetik modifikasiya olunmamış, sertifikasiyadan keçmiş qidalar ilə ekoloji təmiz xüsusi şəraitdə bəslənilir və ciddi baytarlıq yoxlamasından keçir. Buna görə də Humana qidaları yalnız təzə, ekoloji təmiz süddən hazırlanır.
Humana məhsullarını istehsal edən zavod fermaların yaxınlığında yerləşir. İnəklərdən südün alınmasından emalın başlanmasına gədər müddət 2 saatdan çox olmur. Sağılandan sonra süd dərhal soyudulur və bu temperaturda butun nəql etmə müddətində saxlanılır. Bu da südün mikrobioloji təmizliyini maksimal dərəcədə təmin etməyə kömək edir. Zavoda daxil olma anından qarışığın qablaşdırmasının açılmasına gədər süd ətraf mühitlə təmasda olmur. Buna görə Humana məhsullarının istehsalında yalnız yüksək keyfiyyətli süd istifadə olunur.